Qadin.NET / Erməni deputat Azərbaycanı müdafiə etdi

Erməni deputat Azərbaycanı müdafiə etdi

 

Erməni deputat Azərbaycanı müdafiə etdi
"Rusiyada milyarder Levon Ayrapetyanın həbsini Azərbaycan sifariş verməyib". ANS PRESS-in məlumatına görə, bunu Ermənistanın Respublika partiyasının deputat Qareqin Nuşikyan deyib.Onun sözlərinə görə, bir çoxları hesab edir ki, Levon Ayrapetyan Azərbaycanın sifarişi ilə həbs edilib."Lakin bu belə deyil. Çünki Azərbaycanın sifarişi ilə hansısa iş adamı həbs edilirsə, niyə Ermənistan üçün faydalı işlər görən digər erməni milyarderlər tutulmur. Məsələn, Samvel Karapetyanı misal çəkə bilərəm", deyə deputat bildirib.

Qeyd edək ki, Rusiyada yaşayan erməni milyarder Levon Ayrapetyanın qardaşı onun həbsinin Azərbaycanın sifarişi ilə həyata keçirildiyini deyib. Ayrapetyan çirkli pulların yuyulmasında təqsirli bilinir.

Mənbə: ANS PRESS

 

22 iyul 2014
GO BACK