Milli.Az anspress-ə istinadən iyulun 22-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.
Miladi: 22 iyul 2013
Hicri: 24 Ramazan 1435
İlin 203-cü günü
İlin sonuna 162 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.03
Günəş - 06.28
Zöhr - 13.51
Əsr - 18.26
Məğrib – 21.22
İşa – 23.01
1711-ci ildə Osmanlı dövləti ilə Rusiya arasında “Prut” sülh müqaviləsi imzalanıb
1832-ci ildə II Napaleon vəfat edib
1875 - Azərbaycan milli mətbuatının müjdəçisi olan "Əkinçi" qəzetinin ilk sayı çapdan çıxıb. Bu gün Azərbaycanda Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur. Həsən bəy Zərdabinin rəhbərliyi ilə iki il ərzində cəmisi 56 sayı işıq üzü görən "Əkinçi" qəzeti xalqımızın milli oyanışında mühüm rol oynayıb. Qəzetin maarifçi ideyaları çar Rusiyası hakim dairələrini narahat etmiş və o, 1877-ci ildə bağlanmışdır. "Əkinçi"dən sonra Azərbaycan mətbuatının yeni səhifələrini açan "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (1890) qəzetləri nəşrə başladı.
1882 - Azərbaycanın istiqlal tarixində önəmli rol oynamış görkəmli hərbi xadim general Kazım Karabəkir paşa (1882-1946) anadan olub. 1919-cu ildə Naxçıvanın erməni-daşnak işğalından qorunmasında, bu bölgənin tarixi Azərbaycan torpağı olaraq qalmasında müstəsna xidmətlər göstərib.
1946-cı ildə Qüdsdəki ingilis idarəsinin qaldığı “King David” otelində partlayış törədildi və 90 nəfər öldü
1961-ci ildə Bərzani əşirətinin təzyiqlərinə dözə bilməyən 800 türk Şimali İraq sərhəddindən Türkiyəyə daxil olub. Bu köç daha sonra da davam edib.
1990 - Heydər Əliyev Moskvadan Azərbaycana qayıdıb. Lakin respublikanın rəhbərliyi (prezident Ayaz Mütəllibov) onun Bakıda yaşamasına imkan verməmiş və o, iyulun 22-də doğulub boya-başa çatdığı Naxçıvana getmişdir. H.Əliyev Naxçıvanda xalq kütlələrinin böyük izdihamı ilə qarşılanıb.
1993 - Erməni silahlı qüvvələri Qarabağ münaqişəsi zonasından kənarda olan Tərtər və Qazax rayon mərkəzlərini raket atəşinə tutub. Hər iki şəhərdə ümumilikdə 11 dinc sakin həlak olub, 30-dək adam yaralanıb.
2001 - Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
2003-cü ildə sabiq İraq lideri Səddam Hüseynin oğulları Uday və Kusay Hüseyn öldürülüb
2003-cü ildə Fransanın paytaxtı Parisdəki Eyfel qülləsində yanğın baş verib
2008-ci ildə tanınmış Türkiyə aktrisası Suna Pekuysal vəfat edib