Qadin.NET / Bu cür yatmaq nəyin əlamətidir?

Bu cür yatmaq nəyin əlamətidir?

 

Çox adamın diqqət yetirmədiyi məsələlər ailədəki münasibətlərə çox ciddi təsir edə bilər. Edinburqda keçirilən son araşdırmalar göstərib ki, sevimli yatmaq pozası şəxsiyyətinizə və ailə münasibətlərinizə təsir edə bilər.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Herdfordşir Universitetinin professoru Riçard Vayzman mindən çox adamla sorğu keçirib. Onlardan ən sevimli yatmaq pozalarını soruşub. Bundan başqa onlar öz şəxsiyyətləri, ailə və partnyor münasibətləri haqda danışıblar. Məlum olub ki, ailələrin ən çox seçdikləri yuxu pozası (42%) kürək-kürəyədir. Cütlüklərin 31%-i eyni istiqamətdə böyrü üstə yatırlar. Yalnız 4% cütlük üz-üzə yatır.
Bundan başqa, 12% cütlük aralı, 2% isə əhəmiyyətli dərəcədə yaxın yatırlar.
Vayzmanın sözlərinə görə, toxunma vacib rol oynayır. Yatarkən bir-birlərinə toxunan cütlüklərin 94%-i çox xoşbəxtdir. Yatarkən aralı məsafədə olanlar isə xoşbəxt deyillər.

Mənbə: Milli.Az



 

22 iyul 2014
GO BACK