Qadin.NET / Oruclu halda iynə vurdurmaq olarmı?

Oruclu halda iynə vurdurmaq olarmı?

 

Oruclu halda ağrı kəsici və başqa məqsədlə iynə vurdurmaq olarmı?
Milli.Az islam.az-a istinadən bildirir ki, oruclu halda ağrıkəsici və ya müalicəvi iynələrin vurulması qadağan deyil və orucu pozmaz. 
Amma bədəni qidalandıran və qüvvətləndirən iynələrin və inyeksiyaların istifadəsinə bəzi müctəhidlər ehtiyata görə icazə vermirlər (məsələn, bədənə sistem keçirilməsi, məhlul vurulması). 
Bununla belə, müctəhidlərin bir qismi (məsələn, Ayətullahül-üzma Sistani) hətta bədəni qidalandıran inyeksiyaların da orucu pozmadığını bildirmişlər.

Mənbə: Milli.Az

 

22 iyul 2014
GO BACK