Facebook istifadəçilərinin işini asanlaşdırmaq üçün daha bir yenilik etməyə hazırlaşır. ANS PRESS-in məlumatına görə, yeni düymənin testi başlayıb. Ən böyük onlayn alış-veriş "Amazon"un bir müddət öncə "Twitter"dəki izləyicilərinə təklif etdiyi "indi satın al" düyməsi Facebooku da hərəkətə keçirib. Yaxın günlərdə Facebook səhifənizdə "satın al" düyməsi görsəniz təəcüblənməyib.
Sosial şəbəkədən verilən açıqlamada qeyd edilir ki, bu şirkətlərə satışlarını daha asan yola artırmağa kömək edəcək.
Şirkət gizliliyə də zəmanət verir. Bu yenilik tam təhlükəsizliyə əsaslanaraq hazırlanıb. Ödəyicilər haqqında məlumatların gizli qalması üçün bütün addımlar atılıb və heç bir kart məlumatı paylaşılmayacaq.
Mənbə: ANS PRESS