Qadin.NET / Yol polisi də səhv edə bilər?

Yol polisi də səhv edə bilər?

 

Day.az saytının redaksiyasına məktub göndərən Fuad Axundov adlı oxucu hesab edir ki, yol polisinin onun barəsində tərtib etdiyi inzibati protokol qanuna ziddir. 
Milli.Az-ın məlumatına görə, Mirəli Qaşqay küçəsinin Həsən Əliyev küçəsi ilə kəsişməsində 4.1.4 saylı "Düzünə və sağa hərəkət" nişanı quraşdırılıb, sola və geriyə hərəkəti qadağan edir. Oxucu bu kəsişməni keçib və Həsən Əliyev küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinə yaxın yerdə sola dönüb. Yol polisi inspektoru onu saxlayaraq yol nişanının tələbini pozduğunu deyib. 
Oxucu yol polisinə qayda pozmadığını izah etməyə çalışsa da, heç bir faydası olmayıb. Barəsində "Yol hərəkəti qaydaları"nı pozduğuna görə, İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, protokol tərtib edilib. 
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. Onun sözlərinə görə, oxucunun şikayəti yol polisi idarəsinə də daxil olub. Hazırda fakt araşdırılır. 
"Yol hərəkəti qaydalarının 65-ci maddəsinə əsasən, 4.1.4 nömrəli yol nişanının təsir dairəsi onun qoyulduğu hərəkət hissəsinə aiddir. Ancaq araşdırılması gərəkən bəzi məqamlar var. Hazırda bu məsələ ilə yol polisi məşğuldur. Araşdırma başa çatdıqdan sonra bu barədə nəsə demək olar", - o əlavə edib. 

Mənbə: Milli.Az

 

Yol polisi də səhv edə bilər?

 

22 iyul 2014
GO BACK