Qadin.NET / Oruc tutmaq barədə 7 yanlış stereotip

Oruc tutmaq barədə 7 yanlış stereotip

 

Oruc tutmaq barədə 7 yanlış stereotip

Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.
Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz. 
Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz.
Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur. 
Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.
Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin. 
Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz.
Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır. 
Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz.
Həqiqət: Bunlar – 2 müxtəlif vacib əməllərdir. Lakin, onlardan birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir. 
Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil.
Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir. 
Yanlışlıq: Oruc tutan iynə və peyvənd vura bilməz.
Həqiqət: Bilər. Məhdudiyyət yalnız qidanı əvəz edən iynələrə, məsələn, qlükozaya aiddir.

Mənbə: Milli.Az

 

21 iyul 2014
GO BACK