Qadin.NET / Peyin qalığı 10 min dollara satılacaq

Peyin qalığı 10 min dollara satılacaq

 

ABŞ-ın Kaliforniyva ştatındakı Beverli-Hillz şəhərində yerləşən "I.M. Chait Gallery" qalereyası düyna tarixindəki ən qədim peyin qalıqları arasında ən uzunu kimi qələmə verdikləri daşlaşmış koproliti 10 min dollara satmaq niyyətindədir. 
Milli.Az Live Science-ə istinadən bildirir ki, 22 milyon il yaşı olan koprolitin uzunluğu 102 sm-dir. 
"I.M. Chait Gallery"nin təbiət tarixi departamentinin rəhbəri Ceyk Haytın dediyinə görə, satıcı koproliti 2012-ci ildə Vaşinqton ştatının Toledo şəhərində qazıntı apararkən tapıb. 
Bu qalığın miosen və ya oliqosen dövrünə aid olduğu güman edilir. 
Koprolitlər ilk dəfə deyil ki, hərraca çıxarılır. 
2008-ci ildə Nyu-Yorkdakı "Bonhams" hərrac evi 130 milyon illik dinozavr nəcisi qalığını 1200 dollara satmışdı.
Mənbə: Milli.Az

 

21 iyul 2014
GO BACK