1. Tez-tez qidalanın.Dietoloqlar gündə 5 dəfə qidalanmağın lazım olduğunu iddia edirlər. Hər qidalanma arasinda vaxt fərqi 4 saat olarsa, orqanizmin ehtiyat yığma ehtiyacının olmadığını başa düşəcək və az miqadarda qidalanmağa alışacaq.
2. Sellüloz əlavə edin. Qida rasionunuzda kifayət qədər sellülozun olmasına nəzarət edin,gündə 25 qram. Səhər meyvəli sıyıqlar,günorta təzə salat ,tərəvəzli qarnir kəpək çörəyi,axşam isə göbələk ,göyərti və əlbəttə ki,tərəvəz yeyin.
3. Şirniyyatdan imtina edin. Əgər desertsiz keçinə bilmirsinizsə, zefir və pastila(qənd və meyvə horrasından hazırlanmış şirniyyat) seçin-onlarda demək olar ki heyvan mənşəli yağ yoxdur. Marmelad da kökəltməyən şirniyyatdır-onun tərkibində sellüozaya oxşayan pektin vardır.
4 .Az maye için.Yalnız susuzlayanda maye qəbul edin. Çəkinizə təsirsiz ötüşəcək deyib yoldaşlıq xətrinə çay içməyin. Çayda həqiqətən kalori yoxdur,amma istənilən maye maddələr mubadiləsinə təsir edir. Spirtli içkilərdən və şirələrdən(təzə sıxılmış olsa belə) imtina edin. Şirələr çoxkalorilidir,alkoqol isə iştahanı artır.
5. Asan yeməklər hazırlayın. Xama, pendir-əlavə olunmuş istənilən inqredient xörəyə kalorilik əlavə edir. Qaynadılmış,qizardılmış,qrildə vəya buğda bişrilmiş əti göyərti və tərəvəzlərlə yemək sous, ketçup, xardalla yeməkdən daha yaxşıdır. Çünki onlar yeməyin dadını yaxşılaşdıraraq bizi lazım olandan da artıq yeməyə vadar edir. Xörəyə duzu bişirən zaman deyil yediyiniz zaman boşqaba əlavə etsənizdaha yaxşı olar. Bu yolla siz özünüzdə hiss etmədən duzdan istifadəni azaltmış olacaqsınız.
6. Seçici olun. Karbohidratlardan (makaron,düyü,ağ çörək) istifadəni minimuma endirin,heyvan məşəli yağ və marqarindən imtina edin,salatlarınız yalniz bitgi yağları vurun,o da gündə 1 xörək qaşığından çox olmamaq şərti ilə.
7. Zülalı unutmayın. Qida rasiyonunuzu məhdudlaşdırarkən zülalların toxunulmaz qalmalı olduğun unutmayın,gündə 1kq.çəkiyə 1q. Zülal orqanizmin, eyni zamanda əzələnin inşaat materialıdır. Ona görə də əzələ kütləsinin azalması hesabına arıqlamaq düzgün deyil. Yağsız zülal məhsullarından istifadə edin, yumurta, balıq, kəsmik və yağsız ət. Çiyələkli kəsmik ən yaxşı yay şirniyyatıdır.
Mənbə: Milli.Az
Mənbə: Milli.Az