Milli.Az AzerTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 22-26°, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı - 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27°, Türkan, Hövsan, Şıx və Sahildə 27-28° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 11-16°, gündüz 20-25° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 19-24°, gündüz 29-34° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 16-21°, gündüz 27-32° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 20-25°, gündüz 31-36° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən. yağmursuz keçəcək.
Temperaturun gecə 20-25°, gündüz 29-34° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacağı gözlənilir.