Asılmış kuklalar adası turistləri cəlb edir
Meksikada turistləri cəlb edən ən yaxşı yer paytaxt Mexikodan 20 kilometr məsafədə olan Soçimilkoda yerləşir. ANS PRESS-in məlumatına görə, minlərlə turist bura qorxunc əfsanəyə görə gəlir. Şayiələrə görə, 1950-ci ildə üç cavan insan yerli göldə çimən zamanı boğulub. Bundan sonra burada sanki kabuslar yaşayırlar.Ada sakini Culian Santana Barrera danışır ki, bir dəfə o gənc qızın qışqıran və ağlayan kabusuna rast gəlib. Bununla əlaqədar olaraq kabuslardan ehtiyat edən yerli sakinlər kuklaları öz evlərinin ətrafında asmağa qərar verib. Sakinlərin fikrinə görə, bu cinləri qorxutmalıdır.O vaxtdan bu çirkli, sındırılmış və eybəcər oyuncaqlar bu yerin qoruyucuları olublar. İndi bu evdə Culiananın bacısı oğlu Anastasio Santana yaşayır.Evin sahibi iddia edir ki, indi adada 1500-dən çox kukla var. Və bu yaxınlarda bir qadının "biz buradayıq" dediyini eşidib.
Mənbə: ANS PRESS
19 iyul 2014
GO BACK