Qadin.NET / Sərnişin təyyarəsi vurmuş dövlətlər

Sərnişin təyyarəsi vurmuş dövlətlər

 

Sərnişin təyyarələrini vuran ölkələr əsasən bunlardır – İsrail, Ukrayna, ABŞ, keçmiş SSRİ və Ermənistan. Oxşar hadisə iki gün bundan əvvəl baş verib. Amsterdam-Kuala-Lumpur reysini həyata keçirən “Malaysia Airlines” aviaşirkətinə məxsus “Boinq 777” təyyarəsi iyulun 17-də axşam Ukraynanın Donetsk vilayətində vurulub. 
Milli.Az SalamNews-a istinadən bildirir ki, təyyarənin göyərtəsində olan 298 sərnişin həlak olub. Ölənlər arasında 192 Hollandiya vətəndaşı var, onlardan biri ikinci vətəndaşlığa- ABŞ vətəndaşlığına sahib olub. 
Siyahıda 44 Malayziya vətəndaşı (15 heyyət üzvü daxil olmaqla), 27 Avstraliya, 12 İndoneziya vətəndaşı var. Qəzanın daha 10 qurbanı Böyük Britaniya vətəndaşıdır, onlardan birinin ikinci vətəndaşlığı- Cənubi Afrika Respublikası vətəndaşlığı olub. Ölənlər arasında dörd alman və bir o qədər belçikalı, üç fillipinli, bir Kanada vətəndaşı və bir Yeni Zellandiya vətəndaşı var. 
Təl-Əviv-Novosibirsk reysi ilə uçan “Sibir” aviaşirkətinə məxsus "Tu-154" avialayneri 2001-ci il oktyabrın dördündə Qara dəniz üzərində Ukrayna Hava Hücumundan Müdafiəsinin açdığı təlim atəşi zamanı S-200 raket kompleksi ilə vurulub. Laynerin göyərtəsində olan 66 sərnişin və 12 heyyət üzvü həlak olub. Sərnişinlər Rusiya, İsrail və ya ikili vətəndaşlığa sahib olublar. 
Erməni separatçıları 1994-cü il martın 7-də Xankəndi yaxınlığında İran hərbi hava qüvvələrinə məxsus göyərtəsində iranlı diplomatların ailəsi olan S-130 hərbi-nəqliyyat təyyarəsini Dağlıq Qarabağ üzrində vurublar. Təyyarənin göyərtəsində Novruz bayramını qeyd etmək üçün Tehrana yollanan İranın Moskvadakı səfirliyinin əməkdaşlarının ailələri olub. İranın Moskvadakı səfirliyi aviaqəza nəticəsində 9 uşaq da daxil olmaqla 19 sərnişin və 13 nəfərdən ibarət heyyət üzvü həlak olması barədə məlumat verib. Ermənilərin təyyarənin vurulmasında iştiraklarını inkar etmələrinə baxmayaraq, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) İran tərəfinə təyyarənin ermənilərin ixtiyarında olan Osa zenit-raket kompleksi vasitəsilə vurulması barədə sübutlar təqdim edib. MTN bundan başqa Ermənistanın günahını təsdiq edən erməni danışıqlarının yazısını çatdırıb. Mövcud yazıda ermənilər “bizim tərəfdən Azərbaycan təyyarəsi vurulub” kimi şadyana xəbərlər ilə bölüşüblər.
ABŞ raket kreyseri “Vinsennes”(Vincennes) Fars körfəzi üzərində 1988-ci il iyulun üçündə raketlə “Iran Air” şirkətinə məxsus Airbus A300B2-203 sərnişin təyyarəsini vurub. On beş heyyət üzvü də daxil olmaqla 290 nəfər həlak olub. Sərnişinlər arasında 66 uşaq olub. ABŞ hökuməti İran təyyarəsinin səhvən İran HHQ məxsus F-14 qırıcı təyyarəsi kimi qeydə alındığını bildirib. İran hökuməti kreyserin bilərəkdən sərnişin təyyarəsinə hücum etdiyini bildirib. 
ABŞ-ın o vaxtkı vitse-prezidenti (böyük) Corc Buş 1988-ci ildə bildirib: ”Mən heç vaxt heç bir fakta baxmayaraq, Amerika Birləşmiş Ştatları adından üzr istəməyəcəyəm” ("I will never apologize for the United States of America, I don’t care what the facts are"). 
Sovet qırıcı təyyarəsi 1983-cü il sentyabrın birində Oxot dənizi üzərində SSRİ hava məkanına daxil olan Cənubi Koreyaya məxsus “Boinq-747” laynerini vurub. Ümumilikdə göyərtədəki 269 nəfər ölüb.
Tirren dənizindəki Ustika ada rayonunda 1980-cı il iyulun 27-də “hava-hava” tipli raketlə göyərtəsində 81 nəfər olan İtaliyaya məxsus “İtavia” aviaşirkətinin DC-9 sərnişin təyyarəsi vurulub. Bütün sərnişinlər həlak olublar. Ehtimallardan birinə əsasən layner Liviya və NATO təyyarələri arasında baş verən hava döyüşü ərazisinə daxil olub və səhvən vurulub. 
İsrailin “Fantom” qırıcı təyyarələri tərəfindən 1973-cü il fevraın 21-də naviqasiya səhvi ucbatından Sinayın hava məkanında İsrail aviabazalarından birinin yerləşdiyi rayonda Liviyaya məxsus “Arab Airlines” aviaşirkətinin “Boinq-727” təyyarəsi vurulub və 216 sərnişin həlak olub.
Mənbə: Miili.Az

 

19 iyul 2014
GO BACK