Qadin.NET / Ətdən və süddən gələn bəla

Ətdən və süddən gələn bəla

 

Bruselloz... Bu xəstəlik heyvanlarda olmasına, yaranmasına baxmayaraq bəzən diqqətsizlik nəticəsində insanlara da yoluxa bilər. Bəs biz bu xəstəlikdən qorunmaq üçün hansı tədbirləri görməliyik? Bu xəstəlik mövsümi xəstəlik olmasa da, yay aylarında daha çox özünü biruzə verir. 

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bu ilin yanvarından iyul ayına qədər Azərbaycan ərazisində 199 nəfərin brüselloza yoluxma faktı aşkarlanıb. Bruselloz zoonoz xəstəlik olduğu üçün əsasən, insanların heyvanlarla əlaqədə olduğu vaxt üzə çıxır. Yoluxma halları müxtəlif formalarda özünü biruzə verə bilir. Əsasən, xəstə heyvanların ətindən və südündən istifadə zamanı müəyyən gigiyenik qaydalara riayət edilmədikdə yoluxma baş verir.
Virusun yalnız qaynadılarkən öldüyündən bruselyoz xəstəliyinin insana yoluxması, əsasən, pendirlərdə və çiy süd məhsullarında özünü göstərir. Buna görə də qaynadılmamış və pasterizə edilməmiş südün və belə süddən hazırlanmış qida məhsullarının istifadəsindən çəkinmək lazımdır. Yoluxma halları heyvanın əti vasitəsi ilə də yoluxa bilər. Yay aylarında adətən istirahətə gedərkən insanların seçdikləri yemək növlərindən biri olan kabablar bu xəstəlik mənbəyi ola bilər. Çünki kababı bişirən zaman virus yox olmur. Həkimlər isə tövsiyə edirlər ki, insanlarda üşütmə, qızdırma, dayaq-oynaq sistemlərində zəiflik hiss olunarkən mütləq həkimə müraciət etsinlər. Əks təqdirdə bu xəstəliyin fəsadları daha ağır ola bilər
Bruselyoz xəstəliyi Şəkidə 2013-cü ildə 2 xəstə, 2014-cü ilin ilk altı ayında isə 3 xəstədə aşkar olunub. Şəki Rayon Gigiyena və Epidemiologiya mərkəzi isə bu cür xəstəliklərlə mübarizə apararkən Rayon Baytarlıq İdarəsi ilə birgə fəaliyyət göstərir.
Baytarlıq idarəsindən verilən məlumata görə, rayonda kəsilən hər bir ət baytar yoxlamasından keçirilib. Ona görə də müəyyən qidaları qəbul edərkən onların mənşəyi haqda məlumatlı olmaq və yoxlamadan keçən məhsulları almaq tövsiyə edilir.

Mənbə: Milli.Az

 

19 iyul 2014
GO BACK