Qadin.NET / Ramazan ayının 21-ci gününün duası

Ramazan ayının 21-ci gününün duası

 

Ramazan ayının 21-ci gününün duası

21 ramazan 1435 – 19 iyul 2014

 

İmsaq: 04.59

İftar: 21.24
21-ci günün duası: Allahumməcəlni fihi ila mərzatikə dəlila. Və la təcəl liş-Şəytani fihi ələyyə səbila.Vəcəlil-Cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin.
(İlahi, bu gün Sənin razılığına səbəb olan əməllərə doğru mənə yol göstər. Bu gün Şeytanın mənə hakim olan yollarını bağla! Cənnəti mənim üçün mənzil və rahatlıq yeri et! Ey istəkləri yerinə yetirən Allah!).
Ayə: “ (Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s. ) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə (təlim etdiyiniz heyvan və quşları ov üzərinə qısqırtdığınız, silah işlətdiyiniz və ovu kəsdiyiniz zaman) Allahın adını çəkin (bismillah, Allahu-əkbər deyin). Allahdan qorxun. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!” /Maidə - 4/
Hədis: "Önündəki qırx ev, arxandakı qırx ev, sağındakı qırx ev və solundakı qırx ev (qonşulardır)!"
Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.
Ps. Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir. 
Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:
Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

Mənbə: ANS PRESS

19 iyul 2014
GO BACK