Qadin.NET / Bu gün həzrət Əlinin şəhadət günüdür

Bu gün həzrət Əlinin şəhadət günüdür

 

Bu gün həzrət Əlinin şəhadət günüdür

Bu gün ilk imam, İslam Xilafətinin 4-cü xəlifəsi Həzrət Əli əleyhissalmın şəhadət günüdür. O Kufə məscidində Hicri-Qəməri təqvimi ilə 40-cı il, Ramazan ayının 19-da, sübh namazını qıldığı zaman sui-qəsdə məruz qalaraq, başından zəhərli qılıncla vurulub.
İmam Əli (ə) Miladi təqvimlə 600-cü ildə Məkkə şəhərində yerləşən müqəddəs Kəbə evində dünyaya gəlib. İmam (ə) əziz İslam peyğəmbəri Həzrət Muhəmmədə (s) ən yaxın şəxslərdən və onun gətirdiyi dinə ilk iman gətirənlərdən olmuşdur.
İmam Əli (ə) Peyğəmbərin (s) qızı Xanım Fatimeyi-Zəhranın (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) atasıdır. Məşhur rəvayətə görə, Quranda Əhli-Beytə (ə) dair ayə nazil olduqda (bax: surə 33, ayə 33), Həzrət Peyğəmbər (s) Əlini, eləcə də qızı Fatimə və nəvələri Həsən ilə Hüseyni əbasının altına alaraq, “bunlardır mənim Əhli-Beytim” deyə buyurub.
Həzrət Əli (ə) 656-cı ildə, xəlifə Osman bin Əfvan qətlə yetirildikdən sonra müsəlman ümmətinin təkidi ilə xəlifə seçilmişdir. 5 illik xilafəti dövrü olduqca çətin şəraitdə keçmiş, daxili düşmənlərin silahlı müxalifətilə üzləşib. 
Nəhayət, 661-ci ildə, mübarək Ramazan ayının 19-cu gecəsində xəvariclərdən olan Əbdürrəhman bin Mülcəm tərəfindən Kufə şəhərində zəhərli qılıncla zərbətlənmiş, iki gün sonra aldığı zərbədən şəhid olub. Bu il həmin gün bugünə - 18 iyul tarixinə təsadüf edir.
İmamın pak cənazəsi indiki Nəcəf şəhərinə gətirilmiş, burada dəfn edilmişdir. Elə həmin dövrdən bu məkan müsəlmanların kütləvi ziyarət yerlərindən birinə çevrilib.

Mənbə: ANS PRESS

 

19 iyul 2014
GO BACK