Porsche Exclusive bölməsinin mütəxəssisləri növbəti xüsusi avtomobil hazırlayıblar. Yeni model Porsche 911 Turbo S GB Edition adlandırılıb və cəmi 40 nüsxədən ibarət tirajla buraxılacaq.Milli.Az 4charx.com-a istinadən bildirir ki, GB Edition xüsusi buraxılışı Böyük Britaniya üçün hazırlanıb və 911 Turbo S modelinin 40 illiyinə həsr edilib. Yeni model elə həmin kupenin son versiyası bazasındadır. Xüsusi versiya 20 düymlük parlaq Sport Classik diskləri, kuzovun yanları boyu Porsche loqotipli qara zolaqlar, yeni yan güzgülər, arxa spoyler və qapı dəstəkləri əldə edib.Kupenin salonu qırmızı tikişli qara dəri ilə üzlənib və qırmızı təhlükəsizlik kəmərləri, dəri haşiyəli unikal ayaqaltılar əldə edib, başaltılara isə Porsche yazısı əlavə edilib.40 müştərinin hər birinə avtomobilin ərsəyə gətirilməsi prosesini tam əks etdirən fotoqrafiyaların toplandığı xüsusi kitab və açarlar üçün dəri kisə hədiyyə ediləcək.Porsche 911 Turbo S GB Edition versiyasını ilkin sifarişlə 150 237 funt sterlinqə əldə etmək mümkündür. Yeri gəlmişkən, sonuncu şəkildə bu sıranın başlanğıcı olmuş 911 Turbo S əks olunub.
Mənbə: Milli.Az