Qadin.NET / Gürcüstan Avropaya üz tutduğunu təsdiqlədi

Gürcüstan Avropaya üz tutduğunu təsdiqlədi

 

Gürcüstan parlamenti növbədənkənar iclasda AB ilə Assosiasiya Sazişini ratifikasiya edib.Milli.Az APA-ya istinadən bildirir ki, iclasda əvvəlcə Gürcüstanın xarici işlər naziri Maya Pancikidze parlament deputatlarını sazişlə bağlı sənədlərlə tanış edib. Sonra Gürcüstanın baş naziri İrakli Qaribaşvili deputatlara müraciət edib.Günortadan sonra iclasa Gürcüstan prezidenti Georgi Marqvelaşvili də qatılıb. Tədbirdə Avropa komissarı Ştefan Füle, Latviya və Bolqarıstanın xarici işlər nazirləri və başqa rəsmi qonaqlar da çıxış ediblər. Sazişin ratifikasiya edilməsinə 123 deputat səs verib. Əleyhinə heç kim səs verməyib.Gürcüstan prezidenti G. Marqvelaşvili çıxışında sazişin ratifikasiya olunması münasibətilə hamını təbrik edib: ”Bu sənədin qəbulu bizim üçün böyük qələbədir. Bu bizim birliyimizdən xəbər verir. Bu vacib sənədin qəbulu münasibətilə hamını təbrik edirəm”, deyə prezident qeyd edib.Parlamentin növbədənkənar iclasında səsvermə proseduru bitdikdən sonra bayram tədbiri keçirilib.
Mənbə: Milli.Az

 

18 iyul 2014
GO BACK