Qadin.NET / ABŞ: "Təyyarəni Rusiya vura bilərdi"

ABŞ: "Təyyarəni Rusiya vura bilərdi"

 

"Ukrayna səmasında uçan sərnişin təyyarəsinin vurulduğu raket rusiyalı hərbi mütəxəssislərin köməyi ilə buraxıla bilərdi".
Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer deyib.
Milli.Az Fox News-a istinadən bildirir ki, S.Pauerin sözlərinə görə, "Buk" zenit-raket kompleksi Donetskdəki separatçıların onu müstəqil şəkildə idarə etmələri üçün çox mürəkkəbdir.
ABŞ kəşfiyyatı isə hesab edir ki, raketi ukraynadakı separatçılar buraxıblar.
"Bizdə raketin separatçılar tərəfindən buraxılmasına dəlalət edən sübutlar çoxdur. Amma bəzi şərtlər məhz bu versiyanın xeyrinədir", - adının çəkilməsini istəməyn kəşfiyyat eksperti deyib.
Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin "Boeing 777" təyyarəsi iyulun 17-də Ukrayna səmasında vurulub. Təyyarənin 15 nəfər heyət üzvü və 283 sərnişini həlak olublar.
Təyyarə Amsterdam-Kuala Lumpur reysi ilə uçurdu.
Mənbə: Milli.Az

 

19 iyul 2014
GO BACK