“Bakı Metropoliteni” QSC-nin bəzi işçilərinin maaşları artırılıb. Bu barədə APA-ya qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmri ilə bəzi struktur rəhbərlərinin, stansiya işçilərinin maaşlarında təxminən 30-50 faiz artım olub.O qeyd edib ki, ümumilikdə metro işçilərinin maaşlarına baxılır, mümkün variantlar nəzərdən keçirilir, gələcəkdə digər işçilərin də maaşlarının artırılması nəzərdə tutulur.
Mənbə: Milli.Az