Avropa Birliyi Rusiyaya qarşı təcili sanksiyalar tətbiq etməlidir. ANS PRESS-in məlumatına görə, bunu Almaniya kansleri Angela Merkel bildirib. Onun sözlərinə görə, Avropa Rusiyanı Ukraynanın şərqində sabitliyi pozduğu səbəbindən cəzalandırmalıdır: "Yaxın günlərdə Avropa Birliyi, əsasən, biznes və və şirkətlərə təsir edəcək yeni sanksiyalar paketini hazırlamalıdır. Rusiya birbaşa olaraq Ukraynada sabitliyin pozulmasına cəlb olunub. Bu son hadisələrə adekvat cavab olmalıdır. Ukrayna ilə sərhəddən Rusiya separatçılara silah sursat çatdırır".
Mənbə: Milli.Az