Azərbaycan hərbçiləri sertifikat aldı
İyulun 18-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ABŞ Hərbi Dillər İnstitutunun təlimatçıları tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçuları üçün təşkil olunan 6 aylıq intensiv ingilis dili kursunun buraxılış mərasimi keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mərasimdə iştirak edən ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov kursu bitirən məzunları sertifikatlarla təltif ediblər.Qeyd edək ki, ölkəmizdə ingilis dili kursları 2004-cü ildən bir qrup, 2005-ci ildən isə dörd qrup şəklində fəaliyyətini davam etdirir. Kursu bitirən zabit və gizirlər ixtisaslarına uyğun olaraq ildə bir dəfə ABŞ-da təşkil olunan kurslarda iştirak edirlər.
Mənbə: ANS PRESS
18 iyul 2014
GO BACK