Qadin.NET / İlin ən yaxşı regional televiziya proqramı seçildi

İlin ən yaxşı regional televiziya proqramı seçildi

 

İyulun 17-də “Qafqaz Media” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının 139-cu ildönümünə hər edilmiş tədbir keçirilib. Tədbirdə İB-nin sədri Azadə Taleh Abbasqızı milli mətbuatın keçdiyi şərəfli tarixi yola nəzər salıb. Milli Məclisin deputatları Jalə ƏliyevaQənirə Paşayeva çıxış edərək ölkəmizdə jurnalistlərə göstərilən diqqət və qayğıdan danışıb, bu şərəfli yolda onlara uğur arzulayıblar.

Sonra bir qrup mətbuat nümayəndəsinə müxtəlif nominasiyalarda, diplom və mükafatlar təqdim olunub. Mükafat alanlar arasında "Kanal S" televiziyasının əməkdaşları da olub. "İlin ən yaxşı regional televiziya proqramı" nominasiyasında "Gəlin danışaq!" verilişi qalib elan olunub. 
Mükafat verilişin aparıcıları - əməkdar artist Sənubər İsgəndərli və aktrisaZümrüd Qasımovaya təqdim edilib. 
Qeyd edək ki, ötən il bu nominasiyada "Kanal S" televiziyasının "Yaşamaq gözəldir" verilişi qalib olmuşdu.

Mənbə: Milli.Az

 

18 iyul 2014
GO BACK