Qadin.NET / Çayın zərəri də var

Çayın zərəri də var

 

Çayın sağlamlığa faydası haqqında geniş yazılıb. Lakin çayın faydalı tərəfləri ilə yanaşı, zərərli yönləri də var. Məsələn, öynələrdə içilən çay orqanizmin dəmir almasını azaldır. Qəhvəaltı zamanı yumurta yeyərkən çay əvəzinə, təzə meyvə şirəsi və ya meyvə yemək bu təsiri azaldır. Gün ərzində həddən çox çay içdikdə sinir pozulmasına, qəbizliyə, yüksək təzyiqə, baş ağrılarına, sıxıntı və yuxusuzluğa səbəb olur. Çay revmatizm xəstəliyi olanlar üçün zərərlidir. Çayda oksalat turşusu çoxdur. Bu səbəbdən də böyrəyində qum və daş olanlar üçün məsləhət deyil. Yüksək təzyiqi, qaraciyərində problemi olanlar az çay içməlidir. 
Milli.Az Zaman Azerbaycan"a istinadən bildirir ki, çaya şəkər əlavə edərək istifadəsi də ürək-damar xəstəliklərinə, şişmanlığa yol açır. İstifadə etdiyiniz şəkərin də miqdarını azaltmalısınız. Çay dəmləyərkən azca darçın atın. Çalışın çayı açıq rəngdə için. 
Gündə 4 stəkandan çox çay içmək ziyandır. Bütün bunlarla bərabər, çayın yararları da az deyil: xərçəng xəstəliyi ehtimalını azaldır, xolesterolu aşağı salır, beyni qoruyur, həzmi asanlaşdırır, qan damarlarını genişləndirərək qan dövranını asanlaşdırır.
Mənbə: Milli.Az

 

18 iyul 2014
GO BACK