Qadin.NET / Azana həsrət məscidlər

Azana həsrət məscidlər

 

Azana həsrət məscidlər

Sosial şəbəkələrdə vətəndaş müharibəsinin davam etdiyi Suriyada tank və raket atəşi nəticəsində xaraba qalmış məscidlərin fotoları yayılıb. ANS PRESS-in xəbərinə görə, bu məscidlərdən bəziləri isə “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının tarix düşmənçiliyindən “nəsibini” alıb. Bildirilir ki, bu məscidlərdə nəinki azan oxunmur, bu məbədlərdə artıq namaz da qılmaq mümkün deyil. Həmin tarixi məbədlərdən bəzisi istifadəyə yararsız hala düşüb, bəzisi isə artilleriya, hava donanması və ya İŞİD-in hədəfində olduğundan möminlər bu yerdə ibadət etməyə qorxurlar. Təəssüf ki, tarixin bir çox anına şahidlik etmiş və bir çox müharibədən sağ-salamat çıxmış bu məbədləri gələcək nəslin nümayəndələri ancaq şəkillərdə görə biləcəklər.

 

Mənbə: ANS PRESS

18 iyul 2014
GO BACK