Qadin.NET / "Facebook-da danışmaq günahdır"

"Facebook-da danışmaq günahdır"

 

Din xadimi sosial şəbəkədə danışmağın günah olduğunu açıqlayıb

Türkiyənin ATV kanalında yayımlanan İftar proqramında din xadimi maraqlı açıqlama verib.
Anspress-in məlumatına görə,Türkiyənin tanınmış ilahiyyatçısı, professorNihat Hatipoğlu geniş auditoriya qaşısında aparıcılıq etdiyi Ramazan proqramında insanlar üçün böyük günahların nələr olduğunu sayıb.
Cinayət, zina, qeybət, yalançı şahidlik, yalan yerə and içmək, valideynə zülm, Allah haqqında sui-zənn, qarət, faiz, namuslu qadına böhtan atmaq, yetimin malını yemək və kiminsə borcunu ödəmək üçün geridə mal qoyub getmədən ölməsinin ən böyük günahlar olduğunu bildirib.
Ən maraqlısı isə ilahiyyatçının sosial şəbəkədə danışılanların da günah olduğunu söyləməsi olub. O bildirib ki, əgər sosial şəbəkədə kimin haqqındasa danışırıqsa, bunu da qeybət hesab etmək olar.

Mənbə: Milli.Az

 

18 iyul 2014
GO BACK