Qadin.NET / Diqqət! Piştaxtalarda yoluxmuş ətlər ola bilər

Diqqət! Piştaxtalarda yoluxmuş ətlər ola bilər

 

Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarındakı iri buynuzlu mal-qarada nodulyar dermatit aşkarlanıb. Müvafiq tədbirlər görülməzsə, xəstə heyvanların sayı arta bilər. 
Məsələ ilə bağlı Day.azDövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli ilə əlaqə saxlayıb. 
"İnfeksion xəstəlik olan odulyar dermatit bir həftə öncə Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarındakı iri buynuzlu mal-qarada aşkarlanıb. Hər rayonda 4-5-10 belə heyvan aşkarlanıb. İnfeksiya heyvanlara Türkiyə və İrandan gələn ağcaqanad, milçək vasitəsi ilə keçib", - o qeyd edib. 
Qurum rəsmisinin sözlərinə görə, həmin rayonlara 20 nəfərdən ibarət ekspedisiya göndərilib. 
"Onlar yerli baytarlara yardım göstəririlər. Bu cür xəstəlik Azərbaycanda ilk dəfə rast gəlinir. Hazırda baytarlar heyvanların simptomik müalicəsini həyata keçirirlər", - o qeyd edib. 
Bəzi rayonlarda heyvan bazarları bağlanıb, dezinfeksiya işləri aparılır. Xəstəliyə yoluxan heyvanların sayının artması müşahidə olunmayıb. 

Mənbə: Milli.Az

 

18 iyul 2014
GO BACK