Qadin.NET / Hava haqqında

Hava haqqında

Milli.Az Azər Tac-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.Temperaturun gecə 22-26°, gündüz 33-38° isti, Bakıda gecə 23-25°, gündüz 35-37° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zuğulba,Mərdəkan, Şüvəlan, Buzovnada 26-27°, Türkan, Hövsan, Şıx və Sahildə 27-28° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.Temperaturun gecə 18-23° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.Temperaturun gecə 11-16°, gündüz 24-29° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava yağmursuz olacaq.
Temperaturun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.Temperaturun gecə 17-22°, gündüz 29-34° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava yağmursuz olacaq.
Temperatur gecə 21-26°, gündüz 33-38°, bəzi yerlərdə 40° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava yağmursuz keçəcək.
Temperaturun gecə 21-25°, gündüz 31-36° isti, dağlarda gecə 14-19°, gündüz 27-31° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
İyulun 18-19-da Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diksomfortu meteohəssas insanlar üçün əlverişsizdir. İyulun 20-də güclü xəzri küləyi fonunda havanın temperaturunun bir qədər enməsi müsbət amildir. 

Mənbə: Milli.Az

18 iyul 2014
GO BACK