Qadin.NET / Azərbaycanda daha bir ilk

Azərbaycanda daha bir ilk

Azərbaycanda daha bir ilk
Azərbaycanda ilk dəfə olaraq, Xaçmaz rayon sakini 53 yaşlı Zərifə Dadaşova üzərində mürəkkəb və unikal cərrahi əməliyyatlardan biri hesab olunan Bental əməliyyatı icra edilib. ANS PRESS-in məlumatına görə, Z.Dadaşova səhhətindəki problemlə əlaqədar Baki şəhərindəki özəl xəstəxanaların birində müayinə olunarkən, onda aorta kökünün, qalxan aortanın anevrizması və ciddi aortal requrgitasiya aşkar edilib. Ona Bakı şəhərindəki özəl xəstəxanalarda, həmçinin İran İslam Respublikasinda əməliyyatın 12 000-15 000 manata başa gələcəyi bildirilib. Xəstə isə buna maddi imkanı çatmadığından kömək üçün Səhiyyə Nazirliyinə müraciət edib. Səhiyyə Nazirliyi müaricətə operativ cavab verərək xəstəni müayinə və müalicə üçün M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə göndərib. Əməliyyat üçün lazım olan çox bahalı ləvazimatların hamısı Səhiyyə Nazirliyi tərəfindən təmin edildikdən sonra, qeyd olunan cərrahi əməliyyat uğurla həyata keçrilib. 

Mənbə: ANS PRESS

17 iyul 2014
GO BACK