Qadin.NET / Almanın cinsi aktivliyə təsirini bilirdiniz?

Almanın cinsi aktivliyə təsirini bilirdiniz?

 

Almanın faydalı cəhətləri haqda çox eşitmişik, ancaq insanın cinsəl həyatına təsiri haqda alimlər bu yaxınlarda biliblər. Sən demə, hər kəs üçün əlçatan olan bu meyvə cinsi aktivliyi artırır və qadınların intim həyatdan daha çox zövq almasını təmin edir.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, italiyalı alimlər yaşları 18-43 arası olan 731 qadın arasında araşdırma aparıb. Araşdırmanın məqsədi alma ilə "seks" iştahı arasında əlaqəni tapmaq idi. İştirak edən qadınların birinci qrupu hər gün birdən çox alma yeyiblər. İkinci qrup isə bir dənədən az alma yeyiblər. Nəticələri bilmək üçün qadın seksuallığının funksiyası indeksi öyrənilib. Verilən 19 sual sayəsində alimlər həmin qadınların cinsi aktivliyi haqqında - xüsusən də cinsi məmnunluq haqda məlumat əldə edə biliblər. Məlum olub ki, gündə birdən çox alma yeyənlər cinsi həyatlarından daha çox razı qalırlar.

Alimlərin iddialarına görə, tədqiqatın nəticələri göstərib ki, almanın tərkibindəki florindzin komponenti qadın hormonlarının artmasına səbəb olur.
Alma polifenol və antioksidantların sayəsində də cinsi aktivlik artır.
Mənbə: Milli.Az

 

17 iyul 2014
GO BACK