Qadin.NET / ABŞ səfirliyi qrant qalmaqalına aydınlıq gətirdi

ABŞ səfirliyi qrant qalmaqalına aydınlıq gətirdi

 

ABŞ səfirliyi USAİD-in qrant proqramı ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib
Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi son zamanlar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) qrant proqramı ilə bağlı mətbuatda müşahidə olunan yalnış hesabatlara və anlaşılmazlıqlara aydınlıq gətirib.Milli.Az-ın məlumatına görə, səfirlikdən Trend-ə daxil olan məlumatda bildirilir ki, təkliflərlə müraciət prosesində, habelə təkliflərin toplanmasında heç bir qeyri-nizamilik və ya uyğunsuzluq yer almayıb. Dünyada qəbul olunmuş bütün standart prosedurlara riayət edilib və sözügedən proses tam ədalətli və şəffaf olub.Məlumatda qeyd edilir ki, Azərbaycan Mətbuatına Dəstək Fəaliyyəti proqramı barədə ictimayyətə 2014-cü ilin may ayının 21-də məlumat verilib. Standart prosedura uyğun olaraq qrant barədə məlumat www.grants.gov saytında və USAİD-in Azərbaycandakı Facebook səhifəsində elan olunub. Həmçinin iyunun 10-da proqram barədə məlumat USAİD-in Azərbaycandaki veb səhifəsindədə yerləşdirilib. Təkliflərin qəbulu vaxtı 2014-cü ilin may ayının 21-dən iyulun 7-nə kimi idi.Qeyd edək ki, mətbuatda yer alan xəbərlərdə bildirilir ki, USAID-in Azərbaycanda müstəqil medianın inkişafı üçün ayırdığı 2,4 milyon dollarlıq qrant müsabiqəsində hansı təşkilatın qalib gəldiyi məlum deyil.
Mənbə: Milli.Az

 

16 iyul 2014
GO BACK