Tələbə Qəbulu üzrə Dövlət Komitəsi 700 bal yığmış abuturiyentlərin fotosunu yayımlayıb. ANS PRESS-in məlumatına görə, I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında ən yüksək nəticə yığmış gənclərdən biri Qurbanlı Könül Yusif qızıdır. O, Bakı şəhəri, 289 saylı orta məktəb-"Zəngi" liseyini bitirib. Könül birinci qrup üzrə yüksək nəticə əldə edib. Digər bir 700 bal yığmış abuturiyent isə Hacılı Məmməd İsmayıl oğludur. İsmayıl Bakı özəl türk liseyinin "Dədə Qorqud" filialını bitirib. Ümumilikdə isə qəbul imtahanlarında 7 nəfər maksimum nəticə göstərib. Onlardan yalnız ikisi rayon və kənd orta məktəbini bitirib. Məmmədzadə İlkin Rəfail oğlu IV qrup 700 bal
Ağdam rayonu, Çəmənli kənd orta məktəbiİbrahimov Eltun Nazim oğlu I qrup 700 bal
Bakı şəhəri, Kimya-biologiya təmayüllü lisey. Nəbizadə Fatimeyizəhra Nemət qızı I qrup 700 bal
Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi). Qasımov Nicat Nazim oğlu IV qrup 700 bal
Ağsu şəhəri, 1 saylı şəhər orta məktəbi.
Mənbə:ANS PRESS