Qadin.NET / Yayın qızmar çağlarında dərimizi gün şüalarından qorumasaq...

Yayın qızmar çağlarında dərimizi gün şüalarından qorumasaq...

 

Yayın qızmar çağları hələ qabaqdadır. Nəfəs kəsən istilər xüsusilə insan orqanizmində olan ən həssas bölgə - dəriyə mənfi təsir göstərir. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanadan bildiriblər ki, qış ayları ilə müqayisədə isti yay günlərində dəri xəstəlikləri ilə bağlı bura müraciət edənlərin sayı 2 dəfə artıb. 

“Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Dahi Nizaminin bu misraları sağlamlığımız üçün vacib olan günəş şüalarına da şamil olunur. Günəş şüalarının həddən çox qəbul edilməsi bir çox xəstəliklər kimi, dəri xərçəngi, qırışıqlıq, dəri elastikliyinin itməsi və sallanmalara da yol aça bilər.
Azad İsmayılov
, həkim-dermatoloq: “İnsanlarda fotodermatoz deyilən xəstəliklər əmələ gəlir. Bunun nəticəsində sifətdə qızartılar yaranır, bədəndə ultikar səpkilərə yol açır, mexaniki sürtünmə nəticəsində mexaniki allergik dermatozlar əmələ gəlir. Yay vaxtı kimyəvi maddələrdən istifadə etmək o qədər də düzgün deyil. Burada, əsasən, qidalanmaya fikir vermək lazımdır. Artıq acı və şirin qidalar məhdudlaşdırılmalıdır”.

Günəş şüalarının, əsasən, uşaqlara təsir etdiyini deyən həkim-dermatoloq yayda müraciət edənlərin sayının 2 dəfə artığını da bildirir. Bu isə dəniz mövsümünün başlanması ilə əlaqədardır.
Azad İsmayılov: “Səhər saat 7-dən 11-dək, axşam isə saat 5-8 arası dənizə çıxmaq məqsədəuyğundur. Çünki o vaxt ultrabənövşəyi şüalar öz təsirini göstərir, digər vaxtlarda isə günəş insana birbaşa mənfi təsir bağışlayır. Bu da yaxşı əlamət deyil...” 
Sabahdan başlayaraq respublikada temperaturun tədricən yüksələcəyi gözlənilir. Odur ki, dərimizin sağlamlığı üçün geniş kənarlığı olan şapkalar, açıq rəngli və qoruyucu geyimlər, günəş gözlüyündən istifadə etmək zəruridir.

Mənbə: Milli.Az

 

16 iyul 2014
GO BACK