Qadin.NET / Azərbaycan dəmir yollarında yenilik var

Azərbaycan dəmir yollarında yenilik var

 

“Azərbaycan Dəmir Yollar” QSC-nin sərnişindaşıma departamenti daha yüksək xidmət göstərmək üçün bütün imkanlardan yararlanır. Qurumun 2010-cu ildən həyata keçirdiyi onlayn bilet satışı da bu xidmətlərdəndir. 

Milli.Az anspress-ə istinadən bildirir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədovun sözlərinə görə, hazırda dəmir yolundakı bilet satışı 3 yolla kassalardan nəğd və nəğdsiz ödəniş etməklə və onlayn yolla həyata keçirilir. 
Nadir Əzməmmədov deyir ki, onlayn sistemlə bilet alanların sayı hazırda 30-40 faiz təşkil edir. Hazırda isə onlayn sistemdən istifadə edənlərin sayı tədricən artır. 
Yəni vətəndaşlar evlərində oturub kompyuter vasitəsilə rahat biletini sifariş verməyə daha çox üstünlük verirlər. Bu, həm də sərnişinlərin qurum əməkdaşları ilə birbaşa təmasınını və bu zaman baş verə biləcək neqativ halların qarşısını alır. Onlayn bilet satışı da 10 gün əvvəlcədən həyata keçirilir. 
Nadir Əzməmmədov qeyd edir ki, bizim “reilway.qov.az” saytına daxil olurlar, orada onlayn bilet satışı şöbəsinə keçirlər və oradakı sualları cavablandırıb bilet əldə edirlər: “Yəni orada ad, soyadı, getdiyi qatarın tipi “SV, Kupe” var, müəyyən edib bilet əldə edə bilər”. 
Onlayn bilet əldə etdikdən sonra sərnişinlər yola düşən gün bir saat əvvəldən dəmir yolundakı kassaya yaxınlaşıb qeydiyyata düşdükdən sonra biletini götürüb yola düşə bilər. Hazırda onlayn bilet satışı yerli istiqamətlərə həyata keçirilir. Gələcəkdə beynəlxalq istiqamətlərə də reallaşması istisna deyil. 
Hazırda “Azərbaycan Dəmir Yolları” QSC - Bakı-Moskva, Bakı-Xarkov, Bakı-Rostov, Bakı-Tümen və Bakı-Tiflis olmaqla beş beynəlxalq, Balakən, Astara və Qərb bölgəsi olmaqla 3 yerli istiqamətdə xidmət göstərir.
Mənbə: Milli.Az

 

16 iyul 2014
GO BACK