Qadin.NET / Twitter-in ad günüdür: nə oldu, necədir?

Twitter-in ad günüdür: nə oldu, necədir?

 

“Twitter” yalnız Çin, İran, Səudiyyə Ərəbistanı, Türkmənistan, Vyetnam və Venesuelada qadağandır
Hazırda elə bir dövrdə yaşayırıq ki, sadəcə paylaşmağa ehtiyacımız var. Əvvəllər bu paylaşmanı yalnız canlı dostlar arasında etmək mümkün idisə, informasiya texnologiyaları bizə imkan verir ki, virtual dostlarımızla da dərdləşək . Son 10 ildə isə daha çox “Facebook” və “Twitter” kimi sosial şəbəkələrdə vaxt keçirilir. Bəlkə də düşünə bilərsiniz ki, bu şəbəkədən yalnız bekar insanlar istifadə edirlər. Əsla, bu belə deyil. Çünki indi dünyanın aparıcı dövlətləri də siyasətlərini məhz sosial şəbəkələr üzərindən yeridirlər. 
Milli.Az anspress-ə istinadən bildirir ki, 2006-ci ildə fəaliyyətə başlayan vebsaytın yarım milyarda yaxın istifadəçisi var. Şəbəkə sayəsində istifadəçilər qısa müddət ərzində istənilən hadisə barədə geniş ictimaiyyət arasında xəbər yaymaq imkanına malikdir. “Twitter” sosial şəbəkəsi müxtəlif hadisələrin - rəsmi tədbirlərin, içtimai çıxışların işiqlandırılması üçün əla vasitədir. 
“Twitter”in inkişafı ilə tvit yazmaqla yanaşı, “Twitter” inqlabı termini gündəmə gəldi. Ərəb baharı ölkələrində hökumət əleyhdarları öz aksiyalarını “Twitter” vasitəsilə koordinasiya edirdilər. Etirazların sosial şəbəkələr üzərindən idarə olunması Türkiyədə “Gəzi parkı” hadisələri zamanı özünü biruzə verdi. İstanbulda etirazları planlaşdıran şəxslər “Twitter” vasitəsilə aksiyanın keçiriləcəyi yeri seçir, polisə müqavimətin forması ilə bağlı razılığa gəlirdilər. Məhz bu səbəbdən Türkiyə də daxil olmaqla bir sıra ölkələrdə “Twitter”in fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilsə də qadağalar uzun müddət qüvvədə olmadı. 
Hazırda “Twitter” yalnız Çin, İran, Səudiyyə Ərəbistanı, Türkmənistan, Vyetnam və Venesuelada qadağandır. Bu ölkə rəhbərləri “Twitter”in ABŞ xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etməsindən çəkinirlər. Amma dünyanın əksər ölkələrində belə düşünmürlər. “Twitter” istifadəçiləri arasında ABŞ prezidenti Barak Obama, Rusiyanın baş naziri Dmitri Medvedev, Türkiyə prezidenti Abdulla Gül də var. Amma “Twitter” dünyada birincilik qazana bilməyib. Hələ ki, bütün dünyada, o cümlədən Azərbaycanda ən populyar sosial şəbəkə “Fecebook” sayılır.
Mənbə: Milli.Az

 

15 iyul 2014
GO BACK