Avtomobil paparassiləri Honda CR-V 2016 Avropa spesifikasiyasının İsveçrə Alplarında sınaqları zamanı şəkillərini çəkməyə müvəffəq olublar.Milli.Az 4charx.com-a istinadən bildirir ki, feysliftinq olunmuş kompakt yapon krossoverinin Avropa versiyası onun amerikalı qohumu kimi bir sıra ənənəvi yeniliklər əldə edəcək. Bunlar modifikasiya edilmiş bamper və radiator barmaqlığı, həmçinin yenidən gözdən keçirilmiş işıq texnikasıdır.Modelin interyerinə gəlincə şəkillərə əsasən salonun üzlük və tərtibatı yüngül dəyişikliyə məruz qalacaq.Yenilənmiş model satışa gələn il çıxarılacaq.
Mənbə: Milli.Az