Qadin.NET / Tanış olun: 2 milyon dollarlıq lüks maşın

Tanış olun: 2 milyon dollarlıq lüks maşın

 

Milli.Az 4charx.com-a istinadən bildirir ki, dünən Londonda Berkeley Hotel Ferrari sərgi salonunda İtaliya şirkəti Pininfarina konseptual Sergio sportkarını nümayiş etdirib. Avtomobil 1961 – 2001-ci illərdə bu firmaya başçılıq etmiş və onun inkişafına böyük əmək sərf etmiş məşhur dizayner Sergio Pininfarinanın şərəfinə hazırlanıb. Rodster Ferrari 458 Italia bazasında yığılıb və olduqca məhdud sayda – beş və ya altı nüsxədə buraxıla bilər. Hər bir maşının hazırlanmasına 4,5 ay vaxt sərf olunacaq. Avtomobilin təxmini qiyməti 2 milyon dollara bərabərdir.
Mənbə: Milli.Az

 

15 iyul 2014
GO BACK