Qadin.NET / Boksçumuz erməninin çənəsini oynatdı

Boksçumuz erməninin çənəsini oynatdı

 

Serbiyanın Voyvodina şəhərində gənclər arasında ənənəvi boks turnirinə yekun vurulub
Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, yarışda 5 qitəni təmsil edən 32 ölkənin 203 idmançısı mübarizə aparıb.Çin Xalq Respublikasında keçiriləcək yeniyetmələrin II Olimpiya oyunlarında iştirak edəcək 3 boksçumuz da baş məşqçi Şamil Alimcanovun rəhbərliyi altında turnirə qatılıblar. Superağır çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Tahirov ilk görüşdə polşalı Miloş Vodeçkini 3:0 hesabı ilə məğlub edib. Həmyerlimiz ikinci görüşdə Ermənistan təmsilçisi Gnel Muradyanı 2-ci raundda nokauta salıb. Millimizin üzvü finalda rusiyalı Viktor Orekov üzərində də texniki nokautla qələbə qazanaraq, 1-ci yerə layiq görülüb.Yeniyetmələrin Olimpiya oyunlarına vəsiqə qazanmış digər boksçumuz - Rüfət Hüseynov (49 kq) yarımfinalda hindistanlı Çhand Bhimə uduzaraq 3-cü yerlə kifayətlənib. 56 kq çəki dərəcəsində çıxış edən Məsud Yusifzadə ilk qarşılaşmada hindistanlı Sinq Rampala məğlub olaraq yarışdan kənarda qalıb.
Mənbə: Milli.Az

 

15 iyul 2014
GO BACK