Qadin.NET / Kosmik zibil adam öldürəcək

Kosmik zibil adam öldürəcək

 

Avstraliyanın Maunt-Stromlo rəsədxanası yanında tədqiqat mərkəzinin mütəxəssisləri Yerdə insanın kosmik zibil parçasından ölmə ehtimalını hesablayıblar. Onları bu fikrə ötən həftə paytaxt Sidney şəhəri üzərindən uçan yanar kosmik zibil sövq edib. Aparılan hesablamalardan məlum olub ki, yaxın 50 ildə kosmik zibilin Yerə düşməsi nəticəsində bir nəfər həyatını itirəcək.Milli.Az İCT nevs-a istinadən bildirir ki, hazırda Yer planeti ətrafında təxminən 6500 ton müxtəlif obyekt uçur. Onların ¾ hissəsini kosmik zibil təşkil edir. Bu zibilin əksər hissəsinin tez və ya gec Yerə düşəcəyi ehtimal olunur. 2013-cü ildə 50 belə Yerə düşmə hadisəsi qeydə alınıb.Səma obyektləri ilə yaxın görüş nəticəsində həlak olmanın mümkünlüyü haqqında danışsaq, NASA-nın məlumatına görə, meteoritlə ölmə ehtimalının nisbəti 1:3200 təşkil edir.Bu statistikanı nəzərə alaraq kosmik zibil Yerdən daha çox yaxın kosmos və orada olanlar üçün böyük təhlükə törədir. Məsələn, cari ilin fevralında Böyük Britaniyanın Lester Universitetinin fizik tələbələri hesablayıblar ki, Envisat peyki (2012-ci ildə onunla əlaqə itib) zibil ilə toqquşmada Kessler effektinə səbəb ola bilər - yaxın kosmosu elə vəziyyətə sala bilər ki, yerətrafı məkanda uçuşlar qeyri-mümkün olar.
Ehtimal olunur ki, Envisat peyki kosmosda hələ 150 il qalacaq. Peyk nəzəri baxımdan kosmik zibil və ya digər peyklə toqquşsa, zəncirvarı reaksiya baş verə bilər ki, bunun da nəticəsində Yer digər zibil və ya kosmik aparatlarla toqquşan və bununla daima artan sürətlə hərəkət edən zibil buludu ilə əhatə olunacaq.
Mənbə: Milli.Az

 

15 iyul 2014
GO BACK