Qadin.NET / Qəbələdə e.ə 7-8-ci əsrə aid binalar aşkarlandı

Qəbələdə e.ə 7-8-ci əsrə aid binalar aşkarlandı

 

Qədim Qəbələdə növbəti dəfə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən arxeoloji tədqiqatlar aparılır. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, tədqiqatlar zamanı antik dövrə aid nümunələr aşkarlanıb. Qazıntılar Cuxur Qəbələnin Səlbir və Güllü təpə adlanan ərazidə İlyas Babayevin rəhbərliyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun antiq dövr şöbəsinin əməkdaşları tərəfindən aparılır. Aparılan tədqiqatlar nəticəsində ən cox diqqəti cəlb edən qazıntının üst təbəsində 4 ədəd oval tipli tikinti bina və həmin antiq təbəqənin alt hissəsində ilk dəmir dövrünə aid materialların aşkar olunmasıdır. Tədqiqatlar zamanı coxlu sayda saxsı qablara, təsərrüfat quyularına rast gəlinib. Aşkarlanmış bu quyuların 240-a yaxını saxsı şərab saxlanılan, 50-dən artığı isə dənli bitkilərin saxlanılması üçün nəzərdə tutulan quyular olduğu qeyd olunur. Aşkarlanmış binaların uzunluğu 72 m, eni isə 19 metrdir. Aşkar olunmuş bu binaların ictimai binalar qismində istifadə olunması qənaətinə gəlinib. Qazıntı zamanı aşkar olunmuş materiallar eradan əvvəl 8-7-ci əsrlərdən 4-5-ci əsrlərə keçid dövrünün zamanını əhatə edir.
Mənbə: Milli.Az

 

16 iyul 2014
GO BACK