İsrail atəşkəsə razı oldu
İsrail Qəzza sektorunda Misirin atəşkəs təklifinə razılıq verib. ANS PRESS-in məlumatına görə, bu barədə qərar bu gün səhər saatlarında qəbul olunub.France Press agentliyinin məlumatına görə, Misir atəşkəs elan etməyi, daha sonra isə İsrailin Qəzzaya tədbiq etdiyi embarqonu yumşaltması haqqında müzakirələrə başlamağı təklif etmişdi. Lakin Həmas qruplaşması atəşkəs rejiminin əldə olunamsı ilə bağlı hələ ki, razılıq verməyib.Xatırladaq ki, ötən gün ABŞ prezidenti Barak Obama Ağ evin yeməkxanasında iftar ziyafəti verib. ANS PRESS-in məlumatına görə, Obama iftar süfrəsində Misir hökumətinin İsrail və Həmas arasında atəşkəs yaratmaq istiqamətində atdığı addımları dəstəklədiyini söyləyib. O, Misirin bu addımlarının bölgədə sülh yaradacağını ifadə edib.
Mənbə: ANS PRESS
15 iyul 2014
GO BACK