
Milli.Az xəbər verir ki, belə bir sualı Day.Az saytına oxuculardan biri ünvanlayıb.
Onun sözlərinə görə, idarə etdiyi avtomobilin markası "KİA Cerato"dur. Mühərrikin həcmi 1600 sm3 olan avtomobil sonuncu dəfə ötən il texniki baxışdan keçib.
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Mərkəzi ilə əlaqə saxlayıb. İdarədən bildiriblər ki, 2009-cu il istehsalı olan xarici avtomobillərə iki illik birka verilir. Texniki baxışdan keçmək üçün sürücülük vəsiqəsi, texniki pasport, şəxsiyyət vəsiqəsi lazımdır.
Texniki baxış mərkəzi fasiləsiz olaraq hər gün səhər saat 09:00-dan axşam saat 17:00-a qədər işləyir. Sürücülər həftə içi də, həftə sonu da müraciət edə bilərlər. MDB və digər ölkələrin istehsalı olan minik avtomobillərinin texniki baxışdan keçmə müddəti avqustun 1-də başa çatır.
Texniki baxışdan yayınmağa görə, İnzibati Xətalar Məcəlləsinin 154.1-ci maddəsinə əsasən fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 300 manat məbləğində cərimə tətbiq olunur.
Mənbə: Milli.Az