Bu ilin yanvar ayından iyun ayına qədər Azərbaycan ərazisində 199 dəfə insanların brüselloza yoluxmaq faktı aşkarlanıb. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Respublika Gigiena və Epidemiologiya Mərkəzinin Təhlükəli Xəstəliklər Şöbəsinin müdiri Elmira Əliyeva bildirib.
Onun sözlərinə görə, yanvar atında 19 nəfər, fevralda 27 nəfər, martda 30 nəfər, apreldə 45 nəfər, mayda 42 nəfər, iyunda isə 36 nəfər brüselloza yoluxub.
Xəstəlik daşıyıcısı olan heyvanlarla birbaşa ünsiyyətdə, çiy süd, pendir kimi xəstəlik olan qidaları qəbul etməklə bu xəstəliyə yoluxmaq olur. Həkim tövsiyə edib ki, insanlar termik emaldan keçməmiş süd və süd məhsullarını küçədə almasınlar.
Mənbə: Milli.Az