BMW şirkəti Family Active Sports Tourer (FAST) adlandırdığı yeni kompaktvenin yol sınaqlarına başlayıb. BMW model sırasında 2-Series Active Tourer modelindən bir pillə aşağıda duracaq yeni avtomobil yalnız Avropada satılacaq. Bu barədə öz mənbələrinə istinad edərək Autoevolution dərgisi xəbər verir.Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni ön ötürməli model Mazda5 və Volkswagen Touran ilə rəqabət aparacaq. BMW Family Active Sports Tourer istehsalına 2015-ci ildə başlanacaq.
Mənbə: Milli.Az