Qadin.NET / 4 metrlik 3D printer yaradılıb

4 metrlik 3D printer yaradılıb

 

Yaponiyanın Genkei şirkəti dünyanın ən böyük 3D formatlı printerlərindən birini yaradıb. Printerin hündürlüyü 4 metr təşkil edir ki, bu da onu orta statistik insanın boyundan iki dəfə hündür edir. 3D printer qeyri-adi olmaqla delta 3D printerlər sinfinə aiddir.Milli.Az İCT nevs-a istinadən bildirir ki, Delta 3D printerlər konstruksiyasına görə fərqlənən 3D printerlərdir. Adətən burada xüsusi şarnirlərdə konstruksiyanın bünövrəsinə bərkidilən üç istiqamətləndirici əldən istifadə olunur. Maraqlıdır ki, 3D printerlər texniki xüsusiyyətlərinə görə delta robotların daha təkmil texnoloji versiyalardır. Belə robotlardan adətən yüksək məhsuldarlığın tələb olunduğu qablaşdırma, çeşidləmə, tibbi və əczaçılıq sənayesində tətbiq olunur.
Genkei 3D printeri Tokio Dizayn və İncəsənət Universiteti ilə birlikdə ərsəyə gətirib. Printerin Tokio Milli Universitetinin təsviri incəsənət və musiqi muzeyində nümayiş olunması planlaşdırılır.Qeyd etmək lazımdır ki, belə printerlər müəyyən çatışmazlıqlara da malikdir. Birincisi, dəqiqlik zəifdir, ikincisi – üçölçülü çap prosesini dərhal başlaya bilən adi 3D printerlərdən fərqli olaraq delta 3D printerə üçölçülü çap prosesinə başlamaq üçün 3-5 gün vaxt lazımdır.Lakin 3D printerin innovativliyi ölçüsündən daha çox onun çap sistemindədir. Genkei şirkətinə məxsus sistem qızdırılmış plastik tellərdən istifadə etmək əvəzinə, toz prosesindən istifadə edir ki, bu da ona adi 3D printerlərlə müqayisədə daha çox çap səthini əhatə etməyə imkan verir.
Mənbə: Milli.Az

 

15 iyul 2014
GO BACK