Bir sıra bazarlarda Triton adı ilə tanınan Mitsubishi L200 növbəti nəsilini yapon şirkəti ilin axırınadək təqdim etməyi planlaşdırır.Milli.Az4charx.com-a istinadən bildirir ki, Mitsubishi Motors Avstraliya bölməsinin marketin üzrə direktoru Antonio Prinsipe bildirib ki, bu pikapların hər yeni nəslinin buraxılışı zamanı onların dizaynına, təchizatına və istismarının rahat olmasına xüsusi fikir veririlir.Güman edilir ki, Mitsubishi L200 pikapı GR-HEV konseptinin əsas dizayn cizgilərini əldə edəcək. Güc qurğularına gəldikdə isə bu barədə rəsmi məlumat yoxdur.O ki, qaldı qiymət məsələsi, bu məsələdə sevindirici heç nə yoxdur. Prinsipe birmənalı şəkildə bildirib ki, yeni Triton indikindən hiss ediləcək dərəcədə baha olacaq, amma rəqabətə dözə biləcək.
Mənbə: Milli.Az