Qadin.NET / Ukrayna prezidenti : "Rusiya zabitləri Ukraynada vuruşur"

Ukrayna prezidenti : "Rusiya zabitləri Ukraynada vuruşur"

 

"Rusiyanın müasir raket sistemləri hökumət qoşunlarına qarşı istifadə olunur".
Milli.Az ANS PRESS-ə istinadən bildirir ki, Ukrayna prezidenti Petro Poroşenko Rusiya zabitlərinin Ukraynada vuruşduğunu bildirib.Poroşenko iyulun 14-də təhlükəsizlik rəhbərləri ilə fövqəladə iclasda deyib: “Rusiyanın qərargah zabitlərinin Ukrayna hərbçilərinə qarşı hərbi əməliyyatda iştirakı informasiyası təsdiq olunur”.Poroşenkonun sözlərinə görə, Ukrayna ordusu Rusiyanın müasir raket sistemlərinin atəşi altındadır və ordu öz taktikasını dəyişir.Ukraynanın Milli və Təhlükəsizlik Şurasının sözçüsü Andrey Lısenko isə deyib ki, son 24 saatda sərhəd böyu Sumı və Luqansk keçid məntəqələrində Rusiyanın hərbi birləşmələrinin və hərbi texnikanın cəmləşməsi müşahidə olunur.
Mənbə: Milli.Az

 

15 iyul 2014
GO BACK