Qadin.NET / BMW-nin xüsusi buraxılışı

BMW-nin xüsusi buraxılışı

 

“BMW”-nin yapon bölməsi rəsmən “Z4”-ün “sDrive20i GT Spirit” adlanan xüsusi buraxılışını təqdim etdi. Beləliklə, Bavariyalılar “BMW Sports Trophy” komandasının Super GT seriyalı yarışlarındakı qələbəsini bayram edir.“BMW sDrive20i GT” 60 nüsxəlik çox məhdud tirajla çıxacaq. O xüsusi Alpine White rənginə boyanıb və həmçinin M Sport paketi ilə təchiz olunub. “Ayaqlarına” 19 düymlük yüngül lehimli “M” diskləri geyindirilib. Yeniliyi həmçinin növbəti “M” loqotipli yeni astanalar gözləyir. Salonda alüminium pedallar, həmçinin narıncı qoymalı dəri və alkantara ilə çəkilmiş üz görmək olar. Milli.Az auto.az-a istinadən bildirir ki, standart versiyada olduğu kimi, “BMW Z4 sDrive20i GT Spirit” 184 a.g. (135 kVt) və 199 funt-fut (270 Nm) fırlanma anı verən 4 silindrli 2,0 litrlik turbolaşdırılmış benzin mühərriki ilə işləyir. Ona 0-100 km/saata sürətlənməyə 6,9 saniyə kifayət edir. İdman üslubunda olan 8 pilləli avtomatik sürət qutusu ilə konfiqurasiyada maksimal sürət 235 km/saata bərabərdir.
Mənbə: Milli.Az

 

15 iyul 2014
GO BACK