Qadin.NET / Windows Phone harada populyardır?

Windows Phone harada populyardır?

 

AdDuplex şirkəti Windows Phone mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların hansı ölkələrdə daha çox populyar olmasını əks etdirən 20 ölkənin siyahısını təqdim edib. Siyahıya görə, birinci yeri ABŞ (11 faiz), ikinci yeri Hindistan (7,5 faiz), üçüncü yeri Braziliya (6,9 faiz) tutub. Reytinqin sonunda İspaniya (1,5 faiz), Kolumbiya (1,3 faiz) və Kanada (1,1 faiz) qərarlaşıb.Milli.Az ICT nevs-a istinadən bildirir ki, statistikanın real vəziyyəti nə dərəcədə düzgün əks etdirməsini demək çətindir. Belə ki, nəticələr AdDuplex şirkətinin xidmətlərindən istifadə edən tərtibatçıların əlavələrində reklamın göstərilmə sayının hesablanması ilə əldə olunub. İyulun 8-də aparılan hesablamada isə WP 7.5-8.1 sisteminin idarəetməsi ilə işləyən 200 qurğu iştirak edib.Windows Phonenun istifadəçi bazası durmadan artsa da, hazırda o, populyarlığına görə üçüncü yeri tutmaqla Android və iOS sistemlərindən xeyli geri qalır.
Mənbə: Milli.Az

 

15 iyul 2014
GO BACK