Qadin.NET / Bakı metrosunda işləmək istəyirsinizsə...

Bakı metrosunda işləmək istəyirsinizsə...

 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti işçi axtarır. Qurumun mətbuat xidmətindən Milli.Az-a daxil olan məlumata görə, hərəkət Xidmətinə baş xəzinədar, xəzinədar və avtomatik buraxılış məntəqələrinin nəzarətçisi peşələri üzrə işə qəbul elan edir. 

Tələblər;
• Yaş: 25 – 45 
• Təhsili: Orta təhsil, Orta ixtisas və ali təhsili olanlara üstünlük verilir (İqtisadi sahələr üzrə)
• Dil bilikləri: Azərbaycan dili – Əla, rus dili bilənlərə üstünlük verilir 
• İş yeri: Bakı şəhəri. 
İş Haqqında qısa məlumat; 1. İş qrafiki: 12 saatlıq iş qrafiki tətbiq olunur. İşçi əmək fəaliyyətinə səhər saat 08:00-da başlayır və uyğun olaraq axşam saat 20:00 – da işini bitirir. O biri gün isə axşam saat 20:00-dan başlayır səhər saat 08:00 - da işini bitirir. 
Növbəti iki gün istirahət günü. 
2. İşçilərin aylıq əmək haqları: Orta əmək haqqı 250 manat. (Gecə və gündüz növbələrindən asılı olaraq əmək haqqı daha çox ola bilər.) 
Məlumat Anketlərinizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz. Məlumat Anketlərinizi göndərərkən; • Mövzu yerinə peşənin adını yazın. 
• Əvvəlki iş yerlərinizdəki iş öhdəliklərinizi ətraflı qeyd edin.
• Azərbaycan dilində göndərin. 

Mənbə: Milli.Az

 

14 iyul 2014
GO BACK