Qadin.NET / Bazarlar yoxlanılacaq

Bazarlar yoxlanılacaq

Bazarlar yoxlanılacaq
Ölkədə satışda olan məktəbli formalarının keyfiyyətilə bağlı monitorinqlərə başlanılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən əmlumata görə, monotorinqlər Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən həyata keçirilib. Monitorinqlərdə məktəb yaşlı uşaqlar üçün tikilən üst geyimlərinin, məktəbli formalarının standartların tələblərinə uyğunluğunu müəyyən etmək üçün keçiriləcək.Monitorinqlərdə məqsəd satış mərkəzlərində saxta əmtəə nişanlı, keyfiyyətsiz, normativ sənədlərlə təmin edilməyən, uyğunluq sertifikatı olmayan məktəbli formalarının satışını aşkar etməklə bunun qarşısını almaqdır.

Qeyd edək ki, məktəbli formaları Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası standart ( ГОСТ 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı) əsasında müəssisələr tərəfindən hazırlanıb. Formalar dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələbləri əsasında istehsal edilir. Texniki şərtlərdə məhsulun keyfiyyətinə olan məcburi tələblər, şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri əks olunmalıdır.Məhsulların laboratoriya sınaqları aparıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməlidir. Komitə tərəfindən akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılmalıdır. 
Məktəbli geyimlərinin tərkibi, təhlükəsizliyi və digər parametrləri üzrə ГОСТ 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı əsasında Komitənin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) sınaqlar aparılacaq. Sınaqların nəticələrinə uyğun olaraq məktəbli formalarını istehsal edə bilən müəssisələr barədə daha ətraflı məlumat veriləcək.

Mənbə: ANS PRESS

14 iyul 2014
GO BACK